...

ABŞ “Boeing” üçün Çinlə ticarət məhdudiyyətləri tətbiq edə bilər - Tramp

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 06:07 (UTC +04:00)
ABŞ “Boeing” üçün Çinlə ticarət məhdudiyyətləri tətbiq edə bilər - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton “Boeing” şirkətinə ixrac nəzarəti tətbiq edə və Çinə təyyarə hissələrinin tədarükünü məhdudlaşdıra bilər.

Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika liderinin sözlərinə görə, bu addım Pekinin ABŞ sənayesi üçün vacib olan nadir torpaq metallarının ixracını məhdudlaşdırmaq qərarına cavab kimi atıla bilər.

Tramp Ağ Evdə jurnalistlərin sualına cavab verərkən bildirib:
“Bizim çox imkanlarımız var, o cümlədən ən vacibi – təyyarələr. Çində çoxlu sayda ‘Boeing’ var və onların hissələrə, eləcə də bir çox başqa şeylərə ehtiyacı var”.

Xəbər lenti

Xəbər lenti