Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya və Avropa çempionatları üçün seçim prosedurunu dəyişdirmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, UEFA oyunların yayım hüquqlarının satışından əldə edilən gəlirin azalmasından narazıdır və təsnifat mərhələlərinin formatını yeniləməyə hazırlaşır.
Təşkilat Millətlər Liqasını dünya və ya Avropa çempionatının seçmə mərhələsinin bir hissəsi kimi istifadə etməyi nəzərdən keçirir. Bundan əlavə, İsveçrə modeli əsasında vahid liqa cədvəlinin tətbiqi variantı da müzakirə olunur.
Qeyd edək ki, Avropa klublar turnirlərində bu model artıq ötən mövsümdən tətbiq edilir.