Bakı. Trend:
Böyük Britaniya hökumətinin Çin casuslarını təqib etməmək qərarı Ağ Evi Britaniya ilə kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdırmağa sövq edə bilər.
Trend xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ABŞ 2017-ci ildən etibarən müttəfiqlərini Çinin milli təhlükəsizliyə təhdid barədə xəbərdar edib və düşmənlərin təsirinə məruz qalan xarici hökumətlərlə kəşfiyyat məlumatlarını paylaşmaqda ehtiyatlı davranır. “Düşmənlər cəzasız fəaliyyət göstərə bildikləri yurisdiksiyalarda xüsusilə ehtiyatlıyıq”, – adı açıqlanmayan yüksək vəzifəli ABŞ məmuru qeyd edib.