...

Məhkəmə Tramp administrasiyasına Milli Qvardiyanın İllinoysa göndərilməsini qadağan edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 07:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin yeddinci dairə üzrə Apellyasiya Məhkəməsi Tramp administrasiyasının Milli Qvardiya əsgərlərini İllinoys ştatına göndərməsi qərarını ləğv edib.

Trend xəbər verir ki, Milli Qvardiya qoşunlarının federal nəzarətə verilməsinə icazə verilir, lakin onların ştat ərazisinə yerləşdirilməsinə maneə qoyulub.

Qərarda qeyd olunur: “Şikayətçilərin inzibati möhlət haqqında vəsatəti Milli Qvardiyanın federallaşdırılması ilə bağlı təmin edilib və Milli Qvardiyanın yerləşdirilməsi ilə rədd edilib.”

Xatırladaq ki, oktyabr ayında ABŞ prezidenti Donald Tramp İllinoysa 300 Milli Qvardiya hərbçisinin göndərilməsi barədə göstəriş vermişdi. Ağ Evin mətbuat katibi Abigeyl Cekson Trampın “Amerika şəhərlərini bürüyən qanunsuzluqlara göz yummayacağını” bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti