Bakı. Trend:
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Əfqanıstandan Pakistan ərazisinin səbəbsiz atəşə tutulmasını kəskin şəkildə qınayıb.
Trend xəbər verir ki, bu barədə məlumat Nazirliyin rəsmi “X” səhifəsində paylaşılıb.
Nəqvi bildirib ki, Əfqanıstan qüvvələrinin mülki şəxsləri hədəfə alması beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir.