...

Nigeriya millisinin təyyarəsi ön şüşədəki çat səbəbindən məcburi eniş edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 02:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriya milli futbol komandasını daşıyan təyyarə ön şüşəsində yaranan çat səbəbindən Anqolaya məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə jurnalist Ojora Babatunde “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Bildirilib ki, təcili eniş təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra baş verib.

Nigeriya yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsində oktyabrın 14-də Beninlə səfər oyununda qarşılaşmalı idi. Qeyd edək ki, mundial 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək və turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti