...

ABŞ-də zavodda partlayış nəticəsində 16 nəfər həlak olub

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 08:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tennessi ştatında hərbi partlayıcılar istehsal edən “Accurate Energetic Systems” zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, həlak olanların ailələrinə artıq məlumat verilib.

Müstəntiqlər yanan binada sübutların toplanması üzərində çalışırlar, lakin partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisə oktyabrın 10-da səhər saatlarında baş verib. NBC News-un yaydığı peyk görüntülərinə əsasən, zavod binası tamamilə dağılıb və ərazidə yalnız səpələnmiş dağıntılar qalıb.

Xəbər lenti

Xəbər lenti