Bakı. Trend:
Azərbaycanda dünyanın 100-ə yaxın ölkəsinin hakimlər assosiyasının birləşdirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası keçirilir.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyanın açılış mərasimində jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, bu Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunu göstərir:
“Azərbaycanda son illərdə məhkəmə hüquq islahatları həyata keçirilir. Xüsusən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində son iki ildə aparılmış islahatlar xüsusən beynəlxalq hakim ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.
Sənan Hacıyev vurğulayıb ki, ötən il Keyptaunda çox böyük mübarizə ilə, bir çox dövlətlərin etirazına baxmayaraq gizli səsvermə yolla bu tədbiri Azərbaycanda keçirmək hüququ əldə etdik. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçirilən islahatların, reallıqları, mədəniyyətimizin dünyada tərənnüm olması baxımından çox önəmlidir.