...

Tramp Çinlə ticarətin “yaxşı” olacağına əminliyini ifadə edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 23:00 (UTC +04:00)
Tramp Çinlə ticarətin “yaxşı” olacağına əminliyini ifadə edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Çinlə ticarət gərginliyinin artması fonunda bildirib ki, Vaşinqton Pekinə zərər vermək yox, kömək etmək istəyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

"Çin üçün narahat olmayın, hər şey yaxşı olacaq", - deyə o bildirib.

O qeyd edib ki, Çin prezidenti Si Tszinpin “ölkəsi üçün depressiya istəmir, mən də istəmirəm”.

“ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir”, - deyə Amerika lideri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti