...

Bakı-Şamaxı yolunda qəza olub, xəsarət alan var

Hadisə Materials 12 Oktyabr 2025 20:49 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı yolunun 85-ci km-də 90-KC-387 dövlət qeydiyyat nişanlı "VAZ" və 90-EE-321 dövlət qeydiyyat nışanlı "Mercedes" markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yol nəqliyyat hadisəsində "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

DİN bir daha sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb, magistral yollarda qaydalara biganə yanaşmağın sonda ağır yol nəqliyyat hadisələrinə gətirib çıxardacağını xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti