Bakı. Trend:
İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı - FICTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi “Documentary – Individual Sport” kateqoriyasının qalibi olub.
Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.