Bakı. Trend:
Futbol üzrə Farer adaları millisi DÇ-2026-nın seçmə mərhələsinin L qrupunda ev oyununda Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları Hanus Serensen (67-ci dəqiqə) və Martin Aqnarsson (81) vurublar. Çexiyadan Adam Karabek (78) fərqlənib.
Сборная Фарерских островов по футболу обыграла команду Чехии со счетом 2:1 в домашнем матче группы L отборочного турнира чемпионата мира 2026 года.
Farer adaları millisi turnirdə ardıcıl üçüncü qələbəsini qazanaraq, yeddi oyundan 12 xal toplayaraq L qrupunun turnir cədvəlində üçüncü pillədə qalıb. Çexiya yeddi oyundan sonra 13 xalla ikinci yerdədir. Xorvatiya 5 oyundan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir.