Bakı. Trend:
Oktyabrın 11-də Əfqanıstan silahlı qruplaşmalarının Pakistan dövlət sərhədində törətdiyi təxribat nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər yaralanıb.
Məlumata görə, qarşı tərəfin itkiləri 200 nəfəri ötüb. Bundan əlavə, 21 strateji mövqedə Pakistan ordusu müvəqqəti nəzarəti ələ alıb.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan silahlı dəstələri Pakistan sərhəd mövqelərinə hücum həyata keçiriblər.