...

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz işinə başlayıb

Cəmiyyət Materials 12 Oktyabr 2025 17:11 (UTC +04:00)
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz işinə başlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası öz işinə başlayıb.

Trend xəbər verir ki, hazırda Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi keçirilir.

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun dəvəti ilə bir sıra yerli dövlət rəsmiləri də mərasimə qatılıb.

Qonaqlar sırasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Baş prokuror Kamran Əliyev ədliyyə naziri Fərid Əhmədov, Ambudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov də yer alır.

Qeyd edək ki, beynəlxalq tədbir oktyabrın 17-i başa çatacaq.

Xəbər lenti

Xəbər lenti