Göyçayda sexdə baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)

Hadisə Materials 13 Oktyabr 2025 01:34 (UTC +04:00)
Göyçayda sexdə baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

xxx

23:02

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

xxx

22:12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti