...

Hakimiyyət idarəçiliyinin bütün qolları bir birinə dəstək verməlidir - Ədliyyə Naziri

Cəmiyyət Materials 12 Oktyabr 2025 18:18 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu qədər böyük sayda hakimlərin qarşısında çıxış etməkdən məmnunam. Vaxtilə vəkil olaraq başqa vəzifədəydim bugun isə başqa vəzifənin icraçısıyam. Özümü sizin ailənizin üzvü kimi hiss edirəm.

Trend xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında bildirib:

Məhkəmə hakimiyyəti sizi hər hansı bir səhvlərdən qoruyur, istiqamətləndirir. Bu bizə elə imkanlar yaradır ki öz üzərimizə düşən vəzifələri ədalətli şəkildə yerinə yetirək.

Fərid Əhmədov vurğulayıb ki, ədalət o vaxt zəfər çalır ki hər hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə olsun.

“Azərbaycanda hakimiyyət qolları arasında əməkdaşlıq ədalət mühakiməsinin ortaya qolulmasında vacib götürülür.

Bizim üzərimizə düşən hər hansı bir fəaliyyətin məqsədi də bundan ibarət olmalıdır. Hakimiyyət idarəçiliyinin bütün qolları bir birinə dəstək verməlidir. Hazırda qollar arasınsa əməkdaşlıq var”.

Xəbər lenti

Xəbər lenti