Bakı. Trend:
Kabil İslamabadla sülh münasibətlərinin tərəfdarıdır, lakin lazım gələrsə, öz təhlükəsizliyini müdafiə etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Nyu Dehlidə səfərdə olan Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi bildirib.
"Biz [Pakistanla] sıfır gərginlik və sülh münasibətləri istəyirik. Amma münasibətlər səhv idarə olunarsa, təhlükəsizliyi necə təmin edəcəyimizi də bilirik", - deyə nazir qeyd edib.
O əlavə edib ki, Pakistan Əfqanıstanı günahlandırmaq əvəzinə “öz nəzarət məntəqələrinə nəzarət etməlidir”.