...

İsrailin qarşısında böyük təhlükəsizlik problemləri dayanır - Netanyahu

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 01:21 (UTC +04:00)
İsrailin qarşısında böyük təhlükəsizlik problemləri dayanır - Netanyahu

Bakı. Trend:

İsrailin hərbi kampaniyası hələ başa çatmayıb, çünki ölkəni ciddi təhlükəsizlik problemləri gözləyir.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Kampaniya bitməyib. Qarşımızda böyük təhlükəsizlik problemləri dayanır. Düşmənlərimizdən bəziləri yenidən bizə hücum etmək üçün güclərini bərpa etməyə çalışırlar", - deyə o bildirib.

O qeyd edib ki, İsrail qarşısında "qazanan qələbələr nəticəsində böyük imkanlar" açılır.

"Birgə çalışaraq, biz çətinliklərin öhdəsindən gələcəyik və fürsətlərdən istifadə edəcəyik", - deyə baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti