...

"Üç Yol" bədii filminin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 13 Oktyabr 2025 11:44 (UTC +04:00)
"Üç Yol" bədii filminin təqdimatı olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və Elcinema şirkətinin istehsal etdiyi "Üç Yol" bədii filminin təqdimatı olub.

Trend xəbər verir ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru El-1 idman liqasının sədri Elçin Çobanzadədir.

Filmin sujet xətti gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.

Filmdə müəllifdən başqa aktyorlar Reşat Kəsəmənli, Fərda Amin, Könül Şahbazova, Niyaz İlyas oğlu , Mahir Mirişli və SEMKA ləqəbli tanınmış bloger Samir Ramazanov rol alıblar. Filmin təqdimatında bir çox dövlət nümayəndələri, Polis akademiyası, FHN Akademiyasının kursantları , Gömrük Akademiyasının tələbələri, Miqrasiya könüllüləri iştirak ediblər.

Filmin informasıta dəstəyi Aztv (Mədəniyyət TV və İdman tv) kanalına məxsusdur.

Xəbər lenti

Xəbər lenti