Bakı. Trend:
2025-ci ilin yanvar-sentyabr ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 122,5 min nəfərdən və ya 2,3%-dən çox artıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 mln. 286 min nəfərdən çox təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 136 min nəfərdən çox və ya 2,73% artıb. Beləliklə, 2024-cü ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5,1 milyon nəfər təşkil edib.