Bakı. Trend:
“The Economist” jurnalının təşkilatçılığı ilə keçiriləcək Cənub
Şərqi Avropa və Aralıq dənizi üzrə 9-cu Dayanıqlı İnkişaf Sammiti
(The Ninth Sustainability Summit for SE Europe & the Mediterranean)
bu il “Uğursuz olan yaşıl keçid arasında yeni bir tarazlıq
axtarışı” mövzusu ilə baş tutacaq. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi ikinci il olaraq ənənəvi keçirilən toplantıya tərəfdaşlıq
edir.
Hər il, Yunanıstanın paytaxtında keçirilən sammitdə dünyanın
müxtəlif ölkələrindən siyasətçilər, beynəlxalq təşkilat rəhbərləri,
alimlər və biznes liderləri iqlim böhranı, yaşıl keçidin
çağırışları və dayanıqlı inkişaf məsələlərini müzakirə etmək üçün
bir araya gəlir.
Qeyd edək ki, sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri
- BMT Baş Assambleyasının 77-ci Sessiyasının Prezidenti Ksaba
Korosi, Ukraynanın sabiq birinci xanımı (2005–2010) Katerina
Yuşenka, Bolqarıstanın sabiq Prezidenti (2012–2017) Rozen
Plevneliev, BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti
Volkan Bozkır, eləcə də COP21-in Vitse-prezidenti Hakima El Haiti
və Avropa ittifaqının sabiq Ali komissarı Dimitris Avramopoulos
iştirak edir.
Mərkəzin üzvləri sammit çərçivəsində COP29-un nəticələri, 2026-cı
ildə keçiriləcək XIII Global Bakı Forumu və XIII Dünya Urban
Forumuna hazırlıq mərhələsi haqqında panel müzakirləri
edəcəklər.