...

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi gələn il başa çatdırılacaq

Siyasət Materials 13 Oktyabr 2025 10:41 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

“Bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq”, - deyə Ş.Mustafayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti