Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına və Qəzza zolağında müharibənin bitəcəyinə əmin olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp İsrailə uçmazdan əvvəl jurnalistlərə deyib.
"Düşünürəm ki, bəli, fikrimcə, qüvvədə qalacaq", - deyə o bildirib.
O əlavə edib ki, bu cür inamın bir çox səbəbləri var, o cümlədən insanların münaqişədən yorulması.
Onun sözlərinə görə, o, gələcəkdə Qəzza zolağına səfər etmək istəyərdi.