...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 13 Oktyabr 2025 12:32 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +15 dərəcədən +17 dərəcəyədək, gündüz +19 dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti