...

İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Cəmiyyət Materials 13 Oktyabr 2025 11:09 (UTC +04:00)
İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "NES Group” MMC-nin İtalyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb.

Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti