...

Azərbaycan iqtisadiyyatı 1%-dən çox böyüyüb

İqtisadiyyat Materials 13 Oktyabr 2025 12:04 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı 1%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 95,229 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artıb.

Bildirilib ki, ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Qeyd edilib ki, əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti