Bakı. Trend:
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında 1 milyon insana ərzaq çatdırıb.
Trend-in məlumatına görə, bu barədə təşkilatın "X" səhifəsində dərc olunan bəyanatında bildirilib.
"Atəşkəsin ilk günlərində UNRWA bir milyon insanı - anklav əhalisinin yarısını qidalandırmaq üçün kifayət qədər ərzaq idxal etdi. Bizim onları çatdırmaq üçün təchizat, resurslar və personalımız mövcuddur", - deyə qeyd olunub.
Bildirilib ki, Qəzza zolağında 75 illik təcrübəyə əsaslanaraq, agentlik “yardımı regionda effektiv şəkildə yaymaq üçün biliyə, şəbəkəyə və planlara malikdir”.