Bakı. Trend:
Misirlə Qəzza zolağının sərhədində yerləşən "Rəfah" buraxılış məntəqəsinə 200 Fələstin xüsusi təyinatlı polisi nəzarət edəcək.
Trend-in məlumatına görə, bu barədə "Maan" agentliyi mənbəyə istinadən xəbər verib.
Məlumata əsasən, onların arasında Misirdə lazımi təhsili keçmiş polislər də olacaq.
Mənbə onu da təsdiqləyib ki, hazırda oktyabrın 14-nə planlaşdırılan sərhəd-keçid məntəqəsinin açılışına hazırlıq gedir.