Bakı. Trend:
Ukrayna prezidenti V.Zelenski ABŞ prezidenti Donald Trampdan Ukraynadakı müharibəni dayandırmaq üçün aktiv addımlar atacağını gözləyir.
Trend-in məlumatına görə, bu barədə V.Zelenski "Fox News" televiziya kanalı proqramında deyib.
"Ümid edirəm ki, təzyiq göstərmək məqsədilə Tramp Şərq istiqamətində malik olduğu təsir imkanlarını daha güclü şəkildə istifadə edəcək və Putini münaqişəni dayandırmağa vadar edəcək", deyə o qeyd edib.