...

"Arsenal" üç futbolçusunu sata bilər

İdman Materials 13 Oktyabr 2025 05:46 (UTC +04:00)
"Arsenal" üç futbolçusunu sata bilər

Bakı. Trend:

“Arsenal” futbol klubu 2026-cı ilin yanvarında üç futbolçusunu transferə çıxarmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "TBR Football" portalı xəbər verib.

Məlumata əsasən, söhbət hücumçular Qabriel Jezus və Leandro Trossard, həmçinin Ukrayna millisinin müdafiəçisi Aleksandr Zinçenkodan gedir.

Bildirilib ki, hazırda "Nottinqem Forest" klubunda icarə əsasında çıxış edən Zinçenko mövsümün sonuna qədər müqaviləyə malik olsa da, qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Bundan əlavə, yaxınlarda maaşı artırılan Trossardın da komandadan ayrılma ehtimalı qalır. Bildirilib ki, “topçular” futbolçularla tələskən qərar vermək niyyətində olmasalar da, uyğun təkliflər gəldiyi halda onların hər biri ilə bağlı variantları dəyərləndirməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti