...

Qəzzada əsir mübadiləsi başlayıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 09:37 (UTC +04:00)

Bakı. Trend:

Səhər saatlarından Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.

Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.

“Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.

Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti