...

Azərbaycan, Rusiya və İran Qərb marşrutunda multimodal konteyner xidməti texnologiyalarını sınaqdan keçirir - Overçuk

İqtisadiyyat Materials 13 Oktyabr 2025 11:36 (UTC +04:00)
Azərbaycan, Rusiya və İran Qərb marşrutunda multimodal konteyner xidməti texnologiyalarını sınaqdan keçirir - Overçuk
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Rusiya və İran Qərb marşrutu çərçivəsində multimodal konteyner xidməti texnologiyasını sınaqdan keçirirlər.

Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan, İran və Rusiya arasında keçirilən üçtərəfli görüş zamanı Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“İlk növbədə regionda nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş infrastruktur əməkdaşlığı məsələlərinə həsr olunmuş üçtərəfli görüşümüzün təşkilinə görə, Azərbaycan tərəfinə təşəkkürümü bildirmək istərdim. Bundan başqa belə nümayəndə heyəti ilə iştirak etməyə imkan tapdığı üçün İran tərəfinə də minnətdarlığımı bildirmək istəyirəm. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafı istiqamətində birgə gördüyümüz işlərə görə hər iki tərəfə təşəkkürümü bildirirəm. Bu işin uğuru bizim birgə səylərimizdən asılıdır”,- deyə o bildirib.

Overçuk qeyd edib ki, Azərbaycan, Rusiya və İran avtomobil buraxılış məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması məsələləri üzərində birgə çalışırlar.

“Ötən ilin sonunda Azərbaycan tərəfi ilə Şimal-Cənub dəhlizi üzrə tranzit daşımalarının inkişafı məqsədilə hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb. Bu sazişin əsas məqsədi sabit yük axınının formalaşdırılmasıdır. İran tərəfi ilə isə 2023-cü ildə imzalanmış Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş həyata keçirilir. Hazırda peyk ölçmələri aparılır, nivelirləmə işləri görülür və nəticələrin işlənməsi prosesi davam edir. Şimal-Cənub dəhlizinin Qərb marşrutu çərçivəsində Rusiya, Azərbaycan və İranın dəmir yolları multimodal konteyner xidməti texnologiyalarını sınaqdan keçirirlər”, – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti