...

İran və Rusiya ilə gömrük əməliyyatlarının sadələşdirilməsi prioritetdir – Şahin Mustafayev

Siyasət Materials 13 Oktyabr 2025 10:51 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat sahəsində həyata keçirdiyimiz tədbirlər gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini zəruri edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Baş nazirin müavini vurğulayıb ki, bu kontekstdə gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq sahələri sırasındadır.

Odur ki, bugünkü üçtərəfli görüşümüz bütün bu aktual məsələlərin müzakirəsinə həsr olunacaq. Əminik ki, aparacağımız danışıqlar və qəbul edəcəyimiz qərarlar əməkdaşlığımızın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə regionumuz üçün faydalı olacaq”, - deyə Şahin Mustafayev çıxışını yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti