...

Azərbaycan, Rusiya və İran harmonizə olunmuş nəqliyyat infrastrukturu formalaşdırmalıdır - Overçuk

İqtisadiyyat Materials 13 Oktyabr 2025 11:53 (UTC +04:00)
Azərbaycan, Rusiya və İran harmonizə olunmuş nəqliyyat infrastrukturu formalaşdırmalıdır - Overçuk
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Rusiya və İran harmonizə olunmuş nəqliyyat infrastrukturu formalaşdırmalıdır.

Trend xəbər verir ki, bunu Bakıda Azərbaycan, İran və Rusiya arasında keçirilən üçtərəfli görüş zamanı Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O qeyd edib ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına əsasən, 2025-ci ilin ilk altı ayı ərzində dövlət sərhədinin Rusiya-Azərbaycan hissəsindən 176 761 beynəlxalq yükdaşıma vasitəsi keçib.

“Bu göstərici , keçən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Yük dövriyyəsinin həcmi 13% artaraq 680 milyon ton təşkil edib”, - deyə Overçuk bildirib.

O həmçinin vurğulayıb ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun daha da inkişafı dar sahələrin genişləndirilməsi və mövcud maneələrin aradan qaldırılması istiqamətində birgə iş tələb edir.

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun cəlbediciliyini artırmaq üçün Rusiyanın, Azərbaycanın və İrannın harmonizə olunmuş nəqliyyat infrastrukturunu formalaşdırmalıyıq və dövlət sərhədindən keçərkən bütün vicdanlı daşıyıcılar üçün bərabər şərait yaratmalıyıq. Nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün Rusiya, Azərbaycan və İranın birgə fəaliyyəti qonşuluq münasibətlərimizin inkişafında və artan ticarət əlaqələrində ən vacib amildir”.

"Gələcəkdə sərhədsiz logistika və harmonizə olunmuş qaydalarla ümumi mal bazarının formalaşdırılmasına yönəlmiş çox maraqlı işlərimiz olacaq.

Biz ölkələrimizin məhsul istehsalçıları və ixracatçıları üçün ən yaxşı rəqabət şəraitini yaradırıq. Bu, iqtisadiyyatlarımızın əlavə imkanlarla genişlənməsi, yeni iş yerlərinin yaradılması, gəlirlərin artması və insanların həyat səviyyəsinin yaxşılaşması ilə nəticələnən bir işdir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti