...

Ağbənd-Kəlalə yeni avtomobil körpüsündəki işlərin nə zaman yekunlaşacağı açıqlanıb

Siyasət Materials 13 Oktyabr 2025 10:37 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin martında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən, Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Baş nazirin müavini bildirib ki, Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonunadək, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti