Bakı. Trend:
Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün nümayəndə heyətləri oktyabrın 14-də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəklər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.
Baş nazirin müavini xatırladıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında həmçinin ikitərəfli müstəvidə bir sıra vacib sənədlər imzalanıb.
2023-cü ilin mayında İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Saziş imzalanıb.
Bundan əlavə 2024-cü ilin dekabr ayında Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb.