...

2025-ci ilin ilk 9 ayında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların həcmi 8,3 % artıb

Siyasət Materials 13 Oktyabr 2025 10:29 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Baş nazirin müavini vurğulayıb ki, məqliyyat əlaqələrimizdən danışarkən ilk növbədə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanmalıdır. Bu dəhliz iqtisadi və ticarət əlaqələrinin inkişafında böyük rol oynayır.

“Cari ilin ilk 9 ayı ərzində bu dəhliz üzrə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % artıb.

Azərbaycan həm İran, həm də Rusiya ilə quru sərhədlərə malik yeganə ölkə kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin qərb hissəsində strateji mövqe tutur. Bu coğrafi üstünlük ölkəmizə dəhlizin səmərəli fəaliyyəti və regionda nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynamağa imkan verir.

Ölkələrimizin birgə fəaliyyəti bu dəhlizin səmərəliliyinin və tranzit imkanlarının artırılmasına yönəlib”, - deyə o vurğulayıb.

Ş.Mustafayev xatırladıb ki, 2022-ci ilin sentyabrında Bakıda keçirilən üçtərəfli görüşün yekunlarına dair imzalanmış Bakı Bəyannaməsində dəhliz üzrə yükdaşımaların həcminin 15 milyon tona çatdırılması nəzərdə tutulub. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında həmçinin ikitərəfli müstəvidə bir sıra vacib sənədlər imzalanıb.

Xəbər lenti

Xəbər lenti