Bakı. Trend:
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Bu barədə Trend-ə şairin yaxınları məlumat veriblər.
Məlumata görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. O, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.