Bakı. Trend:
Oktyabrın 15-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun iclası keçiriləcək.
Trend bu barədə dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata görə, iclasda “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə məlumat təqdim olunacaq, qarşıda duran vəzifələr müzakirə ediləcək.
Qeyd edilib ki, vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupun işində iştirak etməklə aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.