Bakı. Trend:
“Trans Adriatic Pipeline” (TAP) AG konsorsiumu TAP üzrə yükgöndərən olmaq üçün müraciət prosesini sadələşdirən və sürətləndirən yeni onlayn qeydiyyat portalını istifadəyə verib.
Bu barədə Trend konsorsiuma istinadən xəbər verir.
Portal bütün tələb olunan formaların və sənədlərin təqdim edilməsi üçün vahid giriş imkanı yaradır. Yeni sistem əvvəlki elektron poçt vasitəsilə aparılan prosesi əvəz edərək daha yüksək şəffaflıq və səmərəlilik təmin edir.
“TAP qeydiyyat portalının tətbiqi müştəri təcrübəsini yaxşılaşdırmaq və kommersiya əməliyyatlarını optimallaşdırmaq istiqamətində davamlı fəaliyyətimiz çərçivəsində atılmış növbəti addımıdır”,- deyə TAP-ın kommersiya şöbəsinin rəhbəri Mariya Savova bildirib. “Bu, potensial yükgöndərənlərin TAP ilə qarşılıqlı əlaqəsini sadələşdirir, emal müddətini qısaldır və akkreditasiya prosesinin keyfiyyətini və səmərəliliyini artırır.”
Məlumata görə, yeni sistem həmçinin TAP-a gündəlik əməliyyatların dəqiqliyini və səmərəliliyini artıran aktual və etibarlı sənəd bazasını qorumağa kömək edir.