...

Cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub - MÜTDA

Cəmiyyət Materials 13 Oktyabr 2025 10:25 (UTC +04:00)
Cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub - MÜTDA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.

Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti