Bakı. Trend:
Qazaxıstanın Daxili İşlər Naziri Yerjan Sadenov ölkə parlamentində çıxışı zamanı ölkədə spirtlik içkilərin satışı ilə bağlı məhdudiyyətin tətbiq olunması təklifi ilə çıxış edib.
Trend bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir.
“Alkoqolun pərakəndə satışının yalnız xüsusi mağazalarda satışının həyata keçirilməsi, lisenziyaların verilməsi ilə bağlı tələblərin sərtləşdirilməsi, o cümlədən limitin tətbiqi, eləcə də spirtli içkilərin onlay ticarətinin qadağan olunması barədə təkliflər daxil edilib”, - deyə qazaxıstanlı nazir bildirib.
Onun sözlərinə görə, “mənfəət dalınca qaçan vicdansız müəssisələr” spirtli içkilərin satışına dair yaş və vaxt məhdudiyyətlərini pozur, gecə-gündüz fəaliyyət göstərərək özlərini kafe və bar kimi qələmə verirlər, onlayn çatdırılmadan isə geniş şəkildə istifadə olunur.
O əyləncə məkanlarında spirtli içkilərin satış vaxtının məhdudlaşdırılmasına ehtiyac yarandığını belə ki, son vaxtlar belə obyektlərdə 1400-ə yaxın cinayətin , o cümlədən 3 qətlin törədildiyini bildirib.