Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 1,940 milyard manat dəyərində içki və tütün məmulatları satılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
İçki və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,2% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq, o cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.