...

FIFA referisi daha 3 oyuna təyinat aldı

İdman Materials 13 Oktyabr 2025 16:26 (UTC +04:00)
FIFA referisi daha 3 oyuna təyinat aldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Trend xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti