Bakı. Trend:
İsrailin baş naziri Binmayin Netanyahu ABŞ-nin Prezidenti Donald Trampı “İsrailin Ağ Evdə indiyə kimi olmuş ən böyük dostu” adlandırıb.
Trend xəbər verir ki, bu barədə baş nazir Knessetin xüsusi iclasında iştirakı zamanı deyib.
“Cənab Prezident, bütün girovlarımızın evə qaytarılmasını təmin edəcək, müharibəni bütün məqsədlərimizə çatmaqla sona çatdıracaq və tarixi sülhə qapı açacaq təşəbbüsünüzdə göstərdiyiniz qətiyyətli liderliyə görə sizə təşəkkür etmək üçün sizi burada salamlayırıq”, – deyə Netanyahu bildirib.
“Siz bu sülhə sadiqsiniz, mən də bu sülhə sadiqəm – və birlikdə biz uğura imza atacağıq. Biz bunu əvvəllər, İbrahim Razılaşmaları çərçivəsində etmişdik və yenə də edəcəyik”,- Netanyahu əlavə edib.
Baş nazir Tramp administrasiyasına İranın nüvə proqramının dayandırılmasına və Yəməndə husi qüvvələrinin zəiflədilməsində göstərdiyi yardıma görə təşəkkür edib, eyni zamanda ölkənin hərbi uğurlarını yüksək qiymətləndirib . “İsrailin demək olar ki, 2000 ən yaxşı oğlu həyatını qurban verib”, – deyə baş nazir vurğulayıb.
“Sizin ağrınızın dərinliyini anlayıram və şəhid döyüşçülərimizin ailələrinə müraciət edirəm: İsrail dövləti sizin qarşısınızda əbədi minnətdarlıqla baş əyir”, o qeyd edib.