Bakı. Trend:
"Regionlarda uşaqların müayinəsi" layihəsi çərçivəsində növbəti tibbi müayinələrin Daşkəsən və Şamaxıda təşkili planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayııb.
Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində "Regionlarda uşaqların müayinəsi" layihəsinə davam edir.
"TƏBİB-in dəstəyi ilə keçirilən layihə bu dəfə Masallı Rayon
Mərkəzi Xəstəxanasında təşkil olunub. Bakıdan dəvət olunan müxtəlif
ixtisaslardan həkimlərin iştirakı ilə keçirilən müayinələrdə
Masallı və ətraf rayonlardan olan 180 sayda uşaq müayinə edilib. 1
nəfər Bakıya, 1 nəfər isə Lənkərana göndərişlə təmin olunub.
Tibbi müayinələrdən əlavə olaraq neonatoloqlar üçün təlim və
neonatoloji xəstələrin konsultasiyası təşkil olunub.
Layihə çərçivəsində növbəti tibbi müayinələrin Daşkəsən və Şamaxıda təşkili planlaşdırılır",- TƏBİB-dən vurğulanıb.