Bakı.Trend:
“QHT işi” üzrə təqsirləndirilən Nərgiz Muxtarovanın məhkəməsi başlayıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Proses zamanı məlum olub ki, təqsirləndirilən şəxsin himayəsində az yaşlı övladı var.
Daha sonra təqsirləndirlən şəxsin vəkili məhkəməyə etiraz edib.
O bildirib ki, tərkibin iki üzvü -Rasim Sadıxov və Novruz Kərimovun təqaüd yaşındadırlar və səlahiyyət müddətləri bitir.
Vəkil ikinci vəsatətində bütün tərkibə etiraz edib.
Xaliq Hüseynov vəsatəti onunla əsaslandırıb ki, müvəkkilinin həyat yoldaşı Fərid Mehralızadənin də cinayət işinə bu tərkib baxıb.
Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edərək təmin edilməməsini təklif edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Dövlət ittihamçısı işin baxışa verilməsini, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirməməsini təklif edib.
Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası 27 oktyabrda keçiriləcək.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən Nərgiz Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.