...

Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmi inkişaf edərək zənginləşib – Spiker

Siyasət Materials 13 Oktyabr 2025 14:51 (UTC +04:00)
Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmi inkişaf edərək zənginləşib – Spiker
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən dövr ərzində Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində həyata keçirilən fəaliyyətlər nəticəsində ardıcıl şəkildə inkişaf edərək zənginləşdiyinin şahidi olduq.

Trend xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə çıxışı zamanı səsləndirib.

Spikerin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın baş nazirinin 2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüşü və xüsusən də bu ilin mayında Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində baş tutan Üçtərəfli Zirvə Görüşü bu mexanizmi keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Həmin görüşlərdə, mahiyyət etibarilə, qardaş ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi, eləcə də üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə inkişaf etdirilməsi iradəsinin nümayiş etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd edib ki, bu iradədən qaynaqlanaraq bu gün Parlament Sədrləri səviyyəsində keçirilən Üçtərəfli Görüş də qardaş ölkələrimizin əməkdaşlığına parlament dəstəyinin gücləndirilməsinə yönəlmiş qətiyyətimizin bir ifadəsidir.

O, inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu məqsədə nail olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti