...

Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsini aparacaq şirkət müəyyənləşib

İqtisadiyyat Materials 13 Oktyabr 2025 14:20 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsini aparacaq şirkət müəyyənləşib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazilərində bir müddət əvvəl elan edilən geofiziki anomaliyaların təhlili və faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işlərini aparacaq şirkət müəyyənləşdirilib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, qurum sözügedən işlərin icrasını “Geo Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 159 804 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Geo Company” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi İgidov Tural Şahruddin oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti