...

Azərbaycanlılar artıq Türkiyədə öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar

Cəmiyyət Materials 13 Oktyabr 2025 13:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Türkiyədə türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi statusunu və imkanlarını genişləndirən yeni qərar qəbul olunub.

Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın imzaladığı qərar 10 oktyabr 2025-ci il tarixində “Rəsmi” qəzetdə (Resmi Gazete –red) dərc olunub.

Dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar.

Yeni qaydaya görə, artıq bütün türk milliyyətli xarici vətəndaşlar, vətəndaşı olduğu ölkədə ondan asılı olmayan səbəblərə görə peşəsini, sənətini və ya işini icra edə bilmədiyi və müxtəlif səbəblərlə Türkiyədə həyatını davam etdirmək məcburiyyətində olduğu halda Türkiyədə sərbəst işləyə biləcəklər.

Yeni qaydalara əsasən, milliyəti türk olan xarici vətəndaşların Türkiyədə işləməsinə və ya işlədilməsinə icazə verilməsi üçün bir sıra şərtlərin (məsələn, Daxili İşlər Nazirliyi tərəfindən onlara yaşamaq icazəsinin veirlməsi, müəyyən peşə və sənətlər üçün aidiyyiyatı qurumlardan həmin bacarıqların olmasını təsdiq edən sənədlərin olması, təhsil səviyyəsini göstərən xarici məktəb və fakültələrdən verilmiş diplomların müvafiq orqanlar tərəfindən tanınması, həmin peşəni icra etməsində təhlükəsizlik baxımından heç bir əngəlin olmaması) yerinə yetirilməsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti